Rusiya Türkiyə gəmisinə zərbə endirdi
12 Dekabr 2025, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
371
11.04.2023, 21:05
Rusiya Dövlət Duması hərbi xidmətə elektron çağırış vərəqələrinin çatdırılmasını nəzərdə tutan hərbi qeydiyyatın rəqəmsallaşdırılması haqqında qanun layihəsini qəbul edib.
Oxu24.com “İnterfaks”a istinadən xəbər verir ki, bu gün yekun oxunuşda qəbul edilən qanuna əsasən, dövlət informasiya resursu əsasında hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri yaradılacaq və bu hərbi qeydiyyat sistemini şəffaf, məlumatların isə aktual olmasını təmin edəcək.
Sənəddə deyilir ki, elektron formada çağırış vərəqəsi vətəndaşın müvafiq informasiya resursundakı, informasiya sistemindəki şəxsi kabinetində yerləşdirildiyi andan təqdim edilmiş sayılır. Başqa sözlə, çağırışçının özünün vərəqəni nə vaxt görməsinin əhəmiyyəti yoxdur. Eyni zamanda, cari çağırış kampaniyası davam edərkən çağırışçı hərbi komissarlığa gəlməzsə, ona qarşı heç bir sanksiya tətbiq olunmayacaq. Sadəcə, həmin şəxs artıq növbəti çağırış dövrünə çağırışın başladığı gündən etibarən iki həftə ərzində hərbi komissarlığa gəlməyə məcburdur. Bu da baş verməzsə, hərbi komissarın rəqəmsal imzası ilə çağırışçıya səyahət məhdudiyyətlərinin tətbiq olunduğuna dair bildiriş göndəriləcək. Növbəti 20 gün ərzində hərbi xidmətə cəlb olunan şəxs yenidən gəlməzsə, digər tədbirlər görülə bilər: nəqliyyat vasitələrini idarə etmək, nəqliyyat vasitələrini qeydiyyata almaq, fərdi sahibkar və ya özünüməşğulluq fəaliyyəti ilə məşğul olmaq, kredit almaq hüququndan məhrum edilmək, daşınmaz əmlak və torpaq ilə bağlı əməliyyatların məhdudlaşdırılması və s. təklif edilir.
Həmçinin oxuyun
Qanunda kağız çağırış vərəqələrinin elektron formada təkrarlanması nəzərdə tutulur. Onlar həmçinin Dövlət Xidmətləri portalı vasitəsilə göndəriləcək. Qanun həmçinin hərbi xidmətə çağırış haqqında bildirişin sifarişli poçtla göndərilməsi imkanını da təqdim edir.
Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minəcək.
12:58 / 13 Dekabr 2025
14
12:16 / 13 Dekabr 2025
382
12:08 / 13 Dekabr 2025
45
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
690
11:07 / 13 Dekabr 2025
323
10:25 / 13 Dekabr 2025
914
09:15 / 13 Dekabr 2025
815
09:06 / 13 Dekabr 2025
365
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
145
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1078
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
113
22:41 / 12 Dekabr 2025
14492
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3070
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1160
19:20 / 12 Dekabr 2025
2273
19:04 / 12 Dekabr 2025
1357
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.